Əmlak Məsələləri Dövlət Xidməti torpaq icarəsi ilə bağlı yeni qərarın tətbiq dairəsini açıqlayıb


Nazirlər Kabinetinin [mayın 8-də yeni güzəşt mexanizmi təsdiqlənib-red.] dövlət torpaq sahələrinin icarəyə verilməsinə dair qəbul etdiyi yeni qərar sənədləşdirilməmiş və hüquqi statusu tam qaydaya salınmamış obyektlərə aid olmayacaq.

Şəffaflıq.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdir müavini Ehtiram Babayev jurnalistlərə açıqlamasında bildirib.

"Yeni tətbiq olunan güzəşt mexanizmi yalnız sənədləri tam qaydaya salınmış və xidmət tərəfindən icarəyə verilmiş torpaq sahələrini əhatə edir. Qəbul edilmiş qərar sənədsiz və hüquqi vəziyyəti bütünlüklə rəsmiləşdirilməmiş obyektlərin torpaq münasibətlərinə heç bir təsir göstərməyəcək. Güzəştlər sənədlə təsdiqlənmiş torpaqlara şamil olunur", - deyə E. Babayev vurğulayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}