Azərbaycanın taxılçılıq müəssisəsi səhmdarlarına hesabat verəcək
İyunun 27-də, saat 11:00-da "Salyan-Taxıl" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Şəffaflıq.az xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. Məlumatda deyilir ki, yığıncaq şirkətin Salyan şəhəri, 20 Yanvar küçəsində yerləşən ofisində baş tutacaq. Yığıncağın gündəliyinə Cəmiyyətin 2025-ci il üzrə maliyyə hesabatının təsdiq edilməsi və cari məsələlər daxildir. Xatırladaq ki, "Salyan-Taxıl" ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 241 534 manatdır.
Xəbəri paylaş
Facebook-da paylaş








