ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, ölənlər var
ABŞ Silahlı Qüvvələri Karib dənizində narkotik daşımaq üçün istifadə edilən gəmiyə zərbə endirib. Şəffaflıq.az-ın məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) bu barədə "X" sosial şəbəkəsində bildirib. Məlumata görə, hücum nəticəsində iki nəfər öldürülüb. "SOUTHCOM komandanı Frensis Donovanın göstərişi ilə "Cənub nizəsi" birləşmiş əməliyyat qrupu mayın 4-də gəmiyə zərbə endirib... Kəşfiyyat məlumatlarına görə, o, Karib dənizində narkotik vasitələrin qaçaqmalçılığı üzrə məlum marşrutlarla hərəkət edirdi və narkotrafikin həyata keçirilməsi üçün istifadə olunurdu", - nəşrdə bildirilir. Əməliyyat zamanı amerikalı hərbçilər arasında xəsarət alanın olmadığı əlavə olunub.
Facebook-da paylaş








