İrandan Azərbaycana 55 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana 55 kiloqram 574 qram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd axtarışı və əməliyyat tədbirləri keçirilib. Nəticədə aprel ayının 23-də saat 17:25-də 23 kiloqram 300 qram, aprelin 26-da saat 14:45-də isə 32 kiloqram 274 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








