Bu il Azərbaycanda Lokomotiv Briqadasının İdarəetmə Sistemi yaradılacaq
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Lokomotiv Briqadasının İdarəetmə Sistemini (LBİS) yaradacaq. Şəffaflıq.az-ın məlumatına görə, bu sistemin bu ilin dekabrında istifadə verilməsi planlaşdırılır. ADY LBİS sistemi ilə yükdaşıma xidmətlərinin daha da təkmilləşdirilməsini planlaşdırır. Bundan başqa, səhmdar cəmiyyəti Texniki Servis Mərkəzinin tikintisini həyata keçirir. Mərkəzin bu ilin dekabrında istifadəyə verilməsi gözlənilir. Xatırladaq ki, Texniki Servis Mərkəzi ADY ilə "Stadler Rail Group" şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Böyükşorda Bakı Lokomotiv Deposunun ərazisində inşa olunur. Texniki Servis Mərkəzinin layihələndirilməsi və tikinti prosesi çərçivəsində həmin ərazidə bir sıra obyektlərin, eləcə də Bakı Lokomotiv Deposunun sökülməsi nəzərdə tutulub. Yeni servis mərkəzində "Stadler" markalı dəmir yolu nəqliyyatı vasitələrinin təmiri və texniki xidmət həyata keçiriləcək.
Facebook-da paylaş








