Misli Premyer Liqasında XXIII turun daha iki oyunu bu gün keçiriləcək.
Misli Premyer Liqasında XXIII turun daha iki oyunu bu gün keçiriləcək. Şəffaflıq.az-ın məlumatına görə, əvvəlcə "İmişli" Şamaxıda şəhərin eyniadlı komandasının qonağı olacaq. Şamaxı şəhər stadionundakı matç saat 15:00-da başlayacaq. Günün digər qarşılaşmasında isə "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edəcək. Saat 19:15-də start götürəcək görüş Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq. "Qarabağ" 46 xalla turnir cədəlinin ikinci pilləsində qərarlaşıb. "Araz-Naxçıvan" 33 xalla beşincidir. "Şamaxı" 26 xalla səkkizinci, 21 xala malik "İmişli" isə doqquzuncudur. Misli Premyer Liqası XXIII tur 8 mart 15:00. "Şamaxı" – "İmişli" Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev VAR: Tural Qurbanov AVAR: Asiman Əzizli Hakim-inspektor: Ceyhun Haşımov AFFA nümayəndəsi: Elçin Mehtiyev Şamaxı şəhər stadionu 19:15. "Qarabağ" – "Araz-Naxçıvan" Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov VAR: Rauf Cabarov AVAR: Kamran Bayramov Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Seymur Səlimli Tofiq Bəhramov adına Respublika Stadionu Qeyd edək ki, turun ilk matçında "Sumqayıt" və "Karvan-Yevlax" kollektivləri bərabərə qalıb - 1:1.
Facebook-da paylaş








