Azərbaycan Kubokunda 1/4 finalın cavab matçlarına start verilir
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. Şəffaflıq.az-ın məlumatına görə, günün yeganə matçında "Zirə" "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda, saat 19:00-da başlayacaq. Tərəflər arasında baş tutan ilk matçda qapılara qol vurulmayıb. Azərbaycan Kuboku 1/4 final, cavab oyunu 3 mart 19:00. "Zirə" – "Sumqayıt" İlk oyun - 0:0 Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov. VAR: Tural Qurbanov. AVAR: Asiman Əzizli. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Məmmədəli Məmmədov. Zirə İdman Kompleksinin stadionu Qeyd edək ki, 1/4 final mərhələsi martın 5-də başa çatacaq.
Facebook-da paylaş








