Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 27-də Bakıda vətəndaş qəbulu keçirib. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, qəbul zamanı vətəndaşlar "Hər məsciddə kitabxana" layihəsi çərçivəsində məscidin kitabxana ilə təmin edilməsi, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər. Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








