Bakıda tələbə və köçkünlər yataqxanadan çıxarıldı - Koronavirusa görə

 

Martın 3-dən başlayaraq, Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov küçəsində yerləşən Memarlıq və İnşaat Universitetinin yataqxanasında məskunlaşan məcburi köçkünlər və tələbələr təcili şəkildə binadan təxliyə olunub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə modern.az-a yataqxanada yaşayan tələbələr məlumat veriblər.

Yataqxananın komendatı sakinlərə bildirib ki, buna səbəb binanın dezinfeksiya ediləcəyidir. O, sakinlərə əşyaları otaqda qoymaqla uyğun yaşayış yerinə (əksəriyyəti rayondan olan tələbələr olduğu üçün, onlara rayonlara getmək tövsiyə edilib) getməyi məsləhət görüb.

Tələbələr arasında yayılan məlumata görə isə 4 yataqxana sakini (onların tələbə olduğu bildirilir) koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Tələbələr onlara xüsusi yer ayrılmadan təcili yataqxanadan çıxarılmalarına etiraz edir. Onlar əvvəlcədən təxliyə olunacaqlarına dair məlumat almadıqlarını və müvəqqəti yaşayış üçün yerlərinin olmadığını bildirirlər. 

Qeyd edək ki, yataqxanada 200-ə yaxın yerli, 20-ə yaxın xarici tələbə və 10-a yaxın məcburi köçkün ailəsi yaşıyır.

Məsələ ilə bağlı Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyeva Modern.az-a bildirdi ki, yataqxanalarının boşaldılması koronavirusun gözlənilmədən yayılması səbəbindən olub.

“Universitetin başqa yataqxanası olmadığı üçün tələbələri yerləşdirmək olmadı. Rayona gedə bilən getsin, digər xarici tələbələr isə vəziyyəti başa düşsünlər", - deyən N.Mirzəyeva daha sonra bildirib ki, martın 5-dən tələbələr yenidən yataqxanaya yerləşdiriləcək.

Nazirlər Kabineti yanında operativ qərargahdan isə saytımıza bildirldi ki, bütün bu tədbirlər əhalinin təhülükəsizliyi üçün aparılır.




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}