Azərbaycanda polis həmkarını maşınla vurub öldürdü

 

Ağstafa rayonu ərazisində polis avtomobili ilə digər polis əməkdaşını vuraraq öldürüb.

Şəffaflıq.az oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı magistral yolda hərəkətdə olan polis avtomobili avtobusdan düşən digər polis əməkdaşını vurub.

Nəticədə, 1982-ci il təvəllüdlü Fərhad Abdullayev adlı polis əməkdaşı həyatını itirib.

Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}