"AzerGold"un bir qrup əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib
Prezident İlham Əliyev "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Şəffaflıq.az xəbər verir ki, Sərəncamla Azərbaycanda dağ-mədən sənayesinin inkişafı, o cümlədən metal yataqlarının kəşfiyyatı, işlənməsi, hasilatı və emalı sahəsində xüsusi xidmətləri olan "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilirlər: Caniyev İbrahim Mustafa oğlu Hüseynov Fuad Camal oğlu Xələfov Sadiq Miri oğlu İsmayılov Tofiq Köçəri oğlu Quliyev Emil Ehtiram oğlu Məmmədəliyev Dadaş Şixməmməd oğlu Məmmədov Ələsgər Ağamehdi oğlu Talıbov Zəka Famil oğlu.
Xəbəri paylaş
Facebook-da paylaş








