Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir
Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir. Şəffaflıq.az xəbər verir ki, 600-dək məhkəmə hakimi, həmçinin Məhkəmə-Hüquq Şurası üzvlərinin qatıldığı tədbirin məqsədi hüquq ictimaiyyətini və cəmiyyəti Azərbaycanda gedən məhkəmə-hüquq islahatları barədə məlumatlandırmaqdır. Forum çərçivəsində məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar, qarşıda duran əsas vəzifələr, habelə ədalət mühakiməsi sahəsində mövcud olan müasir çağırışlar müzakirə olunacaq.
Xəbəri paylaş
Facebook-da paylaş








