Güclü şimal-qərb küləyi səhər saatlarından zəifləyib
Fevralın 20-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti yağıntılı və küləkli keçib. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, güclü şimal-qərb küləyi səhər saatlarından zəifləyib. Düşən yağıntının miqdarı Naxçıvan, Şahbuz, Astara, Daşkəsən, Balakən, Qax (Sarıbaş), Xaçmaz, Zaqatala, Quba, Şahdağ, Sabirabadda 1 mm-dək qeydə alınıb. Fevralın 19-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 18, Aran rayonlarında 25, dağlıq rayonlarda 15 dərəcəyədək isti müşahidə olunub. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








