Fici adasının şərq sahillərində 5 maqnitudada zəlzələ qeydə alınıb.


Fici adasının şərq sahillərində 5 maqnitudada zəlzələ qeydə alınıb.

Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə Avstraliyanın Dövlət Geologiya Bürosu məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri okeanda, 130 mindən çox insanın yaşadığı Vanua-Levu sahillərindən 100 kilometr şərqdə, ocağı təxminən 530 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}