Ağ Ev: Vatikanın Sülh Şurasında iştirakdan imtinası təəssüf doğurur
Vaşinqton administrasiyası hesab edir ki, Vatikanın Qəzza zolağındakı vəziyyətin nizamlanması üzrə Sülh Şurasının işində iştirakdan imtinası təəssüf doğurur. Şəffaflıq.az-ın məlumatına görə, Ağ Evin mətbuat katibi Kerolayn Livitt bunu jurnalistlər üçün ənənəvi brifinqində bildirib. "Biz bunu gördük. Düşünürəm ki, bu, çox təəssüf doğurur", - o, Müqəddəs Taxt-Tacın qərarını şərh edərkən bildirib. "Əlbəttə, administrasiya Sülh Şurasına dəvət olunmuş hər kəsin iştirak etməsini istəyir", - Livitt əlavə edib. "Bu, onlarla ölkəni əhatə edən qanuni təşkilatdır. Biz hesab edirik ki, bu qərar təəssüf doğurur", - o vurğulayıb. Livitt həmçinin bildirib ki, sülhün bərqərar olması və qorunması ilə bağlı məsələlər siyasiləşdirilməməlidir. Müqəddəs Taxt-Tacın qərarı əvvəllər Vatikanın dövlət katibi kardinal Petro Parolin tərəfindən açıqlanıb . O, Sülh Şurası haqqında danışarkən qeyd edib ki, bəzi çaşdırıcı məqamlar, aydınlaşdırma tələb edən bir sıra vacib məsələlər var. Yanvar ayında Parolin Papa Leo XIV-ün ABŞ-nin Qəzzanı idarə etmək üçün Yaxın Şərq məsələsinin nizamlanması məqsədilə çağırdığı Sülh Şurasına dəvət olunduğunu açıqlayıb. O, məsələnin nəzərdən keçirildiyini bildirib.
Facebook-da paylaş








