UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda "Nyukasl"la qarşılaşacaq
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu bu gün keçirəcək. Şəffaflıq.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşacaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək. Matçın baş hakimi norveçli Espen Eskos olacaq. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq.
Xəbəri paylaş
Facebook-da paylaş








