Nəsimi rayonunun yeni icra başçısı kimdir?
Məlumat verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Tahir Budaqov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Şəffaflıq.az yeni icra başçısının dosyesini təqdim edir: Tahir Yaqub oğlu Budaqov 1965-ci il yanvarın 1-də Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. O, 1999-2006-cı illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə isə Azərbaycan Prezidenti Administrasiyasında şöbə müdirinin müavini vəzifələrində çalışıb. T.Budaqov 2009-2015-ci illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı olub. 2015-ci ildən bu günə qədər Dövlət Statistika Komitəsinin sədri vəzifəsini icra edirdi. O, eyni zamanda 2021-ci ildən Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəridir. Evlidir, 3 övladı var.
Facebook-da paylaş








