Bələdiyyələrin debitor borcların ödənilməsi ilə bağlı qəbul etdiyi 17 053 inzibati akt icraatdadır


2025-ci il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilmiş 9 696 inzibati akt icra məmurları tərəfindən icraata qəbul olunub və icraatda qalıqla birgə 17 053 inzibati akt olub.

Şəffaflıq.az xəbər verir ki, bu haqda məlumat Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əks olunub.

Milli Məclisin Regional məsələlər komitəsində müzakirə olunan məruzədə qeyd olunub ki, il ərzində onlardan 11 360-nın, başqa sözlə 66,6 faizinin icraatı tamamlanıb, yaxud icrası qismən təmin edilib.

Sənədə görə, 2025-ci ilin sonuna qalıq qalan 5 693 iş nəzarətdə saxlanılmaqla icrası istiqamətində zəruri tədbirlər görülməkdədir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}