Rusiya Ukrayna regionlarına zərbələr endirib, ölən və yaralananlar var


Rusiyanın Ukraynanın bir sıra regionlarına endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb.

Bu barədə Şəffaflıq.az Ukrayna KİV-inə istinadən xəbər verir.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja teleqram kanalında bildirib ki, Sinelnikovo rayonunun Şaxtyor kəndinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum nəticəsində 9 nəfər yaralanıb: "Bütün yaralılar xəstəxanaya çatdırılıb".

O həmçinin qeyd edib ki, zərbə nəticəsində üçmərtəbəli yaşayış binası yanıb, dam örtüyü zədələnib, başqa bir çoxmənzilli binanın pəncərələri sınıb.

Bundan başqa, Vasilkov icmasına PUA hücumu nəticəsində üç fərdi evə ziyan dəyib.

Eyniz zamanda, Nikopol, Marqanets və Çervonoqriqorovka icmaları atəşə məruz qalıb, dinc əhali arasında zərərçəkən yoxdur.

Ukraynanın Milli Polisinin məlumatına görə, son sutka ərzində Rusiya Sumı vilayətinin 26 yaşayış məntəqəsini atəşə tutub: "Şostkada idman kompleksinin ərazisinə təkrar PUA zərbəsi nəticəsində üç polis əməkdaşı yaralanıb. Bundan əlavə, atəş nəticəsində 25 yaşlı qadın yaralanıb. Sumı şəhər ərazi icmasında dronun mülki avtomobilin üzərinə düşməsi nəticəsində iki nəfər yaralanıb".

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən bildirilib ki, Rusiya qoşunları Xarkov vilayətinin Boquduxov şəhərinin özəl sektoruna zərbə pilotsuz təyyarələri ilə hücum edib: "Zərbələrdən biri tamamilə dağılmış yaşayış evinə düşüb. Baş verən yanğın söndürülüb. Dağıntılar altından 2 nəfərin meyiti çıxarılıb, 3 nəfər xəsarət alıb".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}