İslamabadda məsciddə partlayış baş verib
Pakistanın paytaxtı İslamabadda məscidlərdən birində partlayış baş verib. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı xilasetmə xidmətlərinə istinadən məlumat yayıb. Qeyd olunub ki, partlayış Xədicətul Kübra məscidində cümə namazı zamanı baş verib. Xilasetmə xidmətləri hadisə yerindədir. Zərərçəkənlər barədə hələlik məlumat yoxdur.
Xəbəri paylaş
Facebook-da paylaş








