Rusiyanın Dnepropetrovska dron hücumunda 30-a yaxın insan həlak olub və xəsarət alıb
Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad rayonunda dron hücumu nəticəsində 12 nəfər həlak olub, daha 16 nəfər yaralanıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ukraynanın DTEK enerji şirkəti məlumat yayıb. Şirkət ilkin olaraq 15 nəfərin həlak olduğunu və yeddi nəfərin yaralandığını bildirsə də, daha sonra paylaşımı redaktə edərək hücum nəticəsində 12 nəfərin öldüyünü, 16 nəfərin isə xəsarət aldığını qeyd edib. Məlumata görə, doqquz şaxtaçının vəziyyəti ağır olaraq qiymətləndirilir.
Xəbəri paylaş
Facebook-da paylaş








