Qida təhlükəsizliyi ilə bağlı yeni Dövlət Proqramı hazırlanır
Qida təhlükəsizliyinin təmin edilməsinə dair növbəti dövr üçün yeni Dövlət Proqramı hazırlanır. Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov agentliyin 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün icra olunan Dövlət Proqramının monitorinqi aparılıb, icra göstəricisi 92 % səviyyəsində qiymətləndirilib: "Artıq növbəti dövr üçün yeni Dövlət Proqramı hazırlanır. "Bitki sağlamlığı haqqında" qanun layihəsi hazırlanıb və razılaşdırma mərhələsindədir, "Heyvan sağlamlığı haqqında" qanun layihəsi isə hazırlanaraq hüquqi ekspertizadan keçirilib. Eyni zamanda qida təhlükəsizliyi sahəsində mövcud normativ bazaya dəyişikliklər edilib, 10-a yaxın yeni sanitariya norma və qaydalar hazırlanıb".
Facebook-da paylaş








