"Mançester Siti" futbolçuları azarkeşlərin səfər oyunu üçün bilet xərclərini kompensasiya edəcəklər
İngiltərənin "Mançester Siti" klubunun futbolçuları UEFA Çempionlar Liqasının əsas mərhələsində Norveçin "Budyo Qlimt" komandasına qarşı keçirilən səfər oyunu üçün bilet alan azarkeşlərin xərclərini kompensasiya edəcəklər. Şəffaflıq.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Qeyd olunur ki, səfər oyunu üçün bir biletin qiyməti 25 funt sterlinq təşkil edib. Nəticədə "Mançester Siti" futbolçuları azarkeşlərə ümumilikdə 9 357 funt sterlinq geri qaytaracaq. Qeyd edək ki, ötən gün baş tutan "Budyo Qlimt" - "Mançester Siti" matçı ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.
Xəbəri paylaş
Facebook-da paylaş








