Səfərbərlik və hərbi xidmətkeçmə ilə bağlı ictimai dinləmə keçiriləcək
Hərbi səfərbərlik və hərbi xidmətkeçmə ilə bağlı ictimai dinləmə keçiriləcək. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2026-cı il yaz sessiyası üzrə iş planına daxil edilib. Komitənin sədri Arzu Nağıyev bildirib ki, cəmiyyətdə səfərbərlik və hərbi xidmətkeçmə haqqında çoxsaylı suallar var: "Bunlara aydınlıq gətirilməsi vacibdir. Komitənin təşkilatçılığı ilə keçiriləcək dinləməyə müvafiq qurumların təmsilçiləri də dəvət ediləcək".
Xəbəri paylaş
Facebook-da paylaş








