Türkiyə Superliqasının XVIII turunda "Beşiktaş" qələbə qazanıb.
Türkiyə Superliqasının XVIII turunda "Beşiktaş" qələbə qazanıb. Şəffaflıq.az xəbər verir ki, "Tüpraş" stadionunda "Kayserispor"la qarşılaşan "ağ-qaralar" 1:0 hesabı ilə qalib gəliblər. Qolu 90+5-ci dəqiqədə El-Bilal Ture qonaqların qapısına vurub. Bu qələbə sayəsində Sərgən Yalçının rəhbərlik etdiyi kollektiv Superliqadakı xallarının sayını 32-yə çatdırıb və komanda hazırda beşinci sıradadır. Qeyd edək ki, turnir cədvəlinə 43 xalı olan "Qalatasaray" rəhbərlik edir. 42 xala malik "Fənərbağça" ikinci, 38 xalı olan "Trabzonspor" üçüncüdür.
Xəbəri paylaş
Facebook-da paylaş








