Prezidentin Bakı və Abşeronda su təchizatı ilə bağlı məsələni strateji müstəvidə gündəmə gətirməsi xüsusi əhəmiyyət kəsb edir
Ölkənin su təhlükəsizliyinin möhkəmləndirilməsi, paytaxt Bakı və Abşeronda sosial-iqtisadi inkişafının davamlı əsaslar üzərində qurulması baxımından Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə mühüm əhəmiyyət daşıyır. Bunu Milli Məclisin deputatı Səbinə Salmanova deyib. O xatırladıb ki, müşavirədə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramının əsas konturları müəyyənləşdirilib: "Uzunmüddətli və kompleks yanaşmanı ehtiva edən bu sənəd urbanizasiya proseslərinin düzgün idarə olunmasına, əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə və ekoloji tarazlığın qorunmasına xidmət edir". Onun sözlərinə görə, Prezident İlham Əliyevin müşavirədə qaldırdığı bir sıra vacib məsələlər sırasında paytaxt Bakı və Abşeron yarımadasında uzun illərdir yığılıb qalmış içməli su problemləri xüsusi aktuallığı ilə seçilir: Şəffaflıq.az
Facebook-da paylaş








