NBA oyunu təxirə salınıb
Milli Basketbol Assosasiyasında (NBA) bu gün keçirilməli olan "Çikaqo" - "Mayami" oyunu təxirə salınıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə NBA-nın rəsmi saytı məlumat yayıb. Qarşılaşma meydançada rütubətin çox olması səbəbindən nəzərdə tutulan tarixdə baş tutmayıb. Qeyd edək ki, "Mayami" Şərq Konfransında 20 qələbə ilə 7-ci pillədə qərarlaşıb. "Çikaqo" isə 17 qalibiyyətlə onuncudur.
Xəbəri paylaş
Facebook-da paylaş








