Cəlilabadda 77 yaşlı qadın yanaraq ölüb
Cəlilabad rayonunda 77 yaşlı qadın faciəli şəkildə ölüb. Şəffaflıq.az xəbər verir ki, rayon sakini - 1949-cu il təvəllüdlü Xasagül Rəşid qızı Balaşova yaşadığı evdə sobanı yandırmaq istəyərkən soba onun üzərinə aşıb. Nəticədə qadın yanaraq ölüb. Hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








