Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Pirəkəşkül və Ağdərədə 5-9 yanvar tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırıb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








