Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib.
Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb. Kənd sakinləri, 1965-ci il təvəllüdlü S.Həmidova, 1990-cı il təvəllüdlü M.Əhmədova və 2011-ci il təvəllüdlü N.Əhmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onların balıq yedikdən sonra özlərini pis hiss etdiyi bildirilir. Zərərçəkənlərin vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








