Putin və Ərdoğan Aşqabadda danışıqlar aparacaqlar
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda (Türkmənistan) görüş keçirəcəklər. Şəffaflıq.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Hər iki lider Türkmənistanın bitərəfliyinin 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Aşqabada gedəcəklər. D.Peskovun sözlərinə görə, Putinin səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər planlaşdırılır. Mətbuat katibi Putinin Ərdoğanla görüşünün planlaşdırıldığını da deyib.
Xəbəri paylaş
Facebook-da paylaş








