Bakıda Heydər Əliyevlə bağlı beynəlxalq konfrans keçirilir
Bakıda "2025-ci il Konstitusiya və Suverenlik ili" çərçivəsində "Heydər Əliyev - Suveren Azərbaycanın Konstitusionalizminin və parlamentarizminin banisi" mövzusunda beynəlxalq konfrans keçirilir. Şəffaflıq.az xəbər verir ki, konfrans Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialının təşkilatçılığı ilə baş tutur. Tədbirdə MDB PA iştirakçısı dövlətlərin və Azərbaycan Milli Məclisinin deputatları, Mərkəzi Seçki Komissiyasının üzvləri, siyasi ekspertlər, ictimaiyyət və media nümayəndələri iştirak edirlər.
Xəbəri paylaş
Facebook-da paylaş








