Azərbaycan və Əfqanıstan nümayəndələri ədliyyə sahəsində əməkdaşlığı müzakirə ediblər
Əfqanıstanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Muhəmməd Faysal Azərbaycanın ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovla görüşüb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib. Məlumata görə, görüş zamanı əfqanıstanlı məhbuslar məsələsi və ədliyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib.
Xəbəri paylaş
Facebook-da paylaş








