Cəlilabadda ovçuluq təsərrüfatı ərazisində yanğın başlayıb


Cəlilabad rayonu ərazisində yerləşən su-bataqlıq ərazilərindən birində yerləşən ovçuluq təsərrüfatında güclü yanğın başlayıb.

Şəffaflıq.az-ın məlumatına görə, yanğın quru ot və qamışlıq sahəsinin alovlanması nəticəsində baş verib.

Yanğın yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}