Əsas Səhifə > Hadisə > Cəlilabadda ovçuluq təsərrüfatı ərazisində yanğın başlayıb
Cəlilabadda ovçuluq təsərrüfatı ərazisində yanğın başlayıb2-12-2025, 13:44 |
|
Cəlilabad rayonu ərazisində yerləşən su-bataqlıq ərazilərindən birində yerləşən ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. Şəffaflıq.az-ın məlumatına görə, yanğın quru ot və qamışlıq sahəsinin alovlanması nəticəsində baş verib. Yanğın yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır. Geri qayıt |