Misli Premyer Liqasının XIII turunda "Zirə" "Kəpəz"i məğlub edib.
Misli Premyer Liqasının XIII turunda "Zirə" "Kəpəz"i məğlub edib. Şəffaflıq.az-ın məlumatına görə, Yevlax şəhər stadionunda baş tutan qarşılaşma Bakı klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Zirə"nin heyətində Leroy Mikels (62-ci dəqiqə) və İssa Cibrilia (84) fərqləniblər. Bu nəticədən sonra "Zirə" 26 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. 6 xala malik "Kəpəz" onuncudur. Qeyd edək ki, XIII tura noyabrın 30-da yekun vurulacaq.
Xəbəri paylaş
Facebook-da paylaş








