MİDA Yevlax Yaşayış Kompleksindən mənzillləri satışa çıxarır
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yevlax Yaşayış Kompleksi üzrə 179 mənzilin satışı 3 dekabr saat 11:00-da başlayacaq və 8 dekabr 11:00-da başa çatacaq. Bunu qurumun mətbuat katibi Diana Dadaşova bildirib. Onun sözlərinə görə, satış prosesi "Güzəştli mənzillərin satışına dair qaydalar"a uyğun şəkildə aparılacaq: "Qaydaların 5.6-cı bəndinə əsasən, mənzilin dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız ilkin razılıq alınaraq elektron kabinetdə təsdiqlənməsindən sonra mümkündür". D. Dadaşovanın sözlərinə görə, Yevlax Yaşayış Kompleksində mənzillərin qiymətləri aşağıdakı kimi olacaq: 1 otaqlı mənzil – 40 200 manat, 2 otaqlı mənzil – 45 225 manat, 3 otaqlı mənzil – 70 490 manat, 4 otaqlı mənzil – 103 740 manat. MİDA rəsmisi əlavə edib ki, satış prosesi tam elektron qaydada və şəffaf mexanizm əsasında aparılacaq. Şəffaflıq.az
Facebook-da paylaş








