Türkiyənin Apellyasiya Arbitraj Tribunalı "Qalatasaray" klubunun apellyasiya şikayətini təmin etməyib.
Türkiyənin Apellyasiya Arbitraj Tribunalı "Qalatasaray" klubunun apellyasiya şikayətini təmin etməyib. Şəffaflıqaz xəbər verir ki, Türkiyə Futbol Federasiyası "sarı-qırmızılar"ın adı mərc oyunlarında hallanan futbolçusu Eren Elmalıya verilən 45 günlük diskvalifikasiya qərarını qüvvədə saxlayıb. Qeyd edək ki, adı mərc oyunlarında hallanan futbolçular arasında Azərbaycan millisinin sabiq futbolçusu Mert Çelik də yer almışdı. "Neftçi" və "Səbail" klublarında çıxış etmiş müdafiəçi 45 gün futboldan uzaqlaşdırılıb.
Xəbəri paylaş
Facebook-da paylaş








