Naxçıvanda TDT ölkələri QHT-lərinin Həmrəylik Forumu keçirilir


Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumu keçirilir.

Şəffaflıq.az xəbər verir ki, noyabrın 24-də Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilən TDT ölkələri qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumu noyabrın 25-də öz işini Naxçıvan şəhərində davam etdirir.

Forum çərçivəsində rəsmi çıxışlar olacaq, TDT-yə üzv ölkələrin QHT-lərinin Platforması təsis ediləcək və "WUF13-ə doğru - Türk dünyasında ilk" mövzusunda panel müzakirə keçiriləcək.

Qeyd edək ki, TDT-yə üzv ölkələrin ictimai təşkilatlarını birləşdirən QHT Platformasına Azərbaycan rəhbərlik edəcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}