Ombudsman jurnalist yazı və uşaq rəsm müsabiqələri elan edib


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ənənəvi Jurnalist yazı və Uşaq rəsm müsabiqələrini elan edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Bildirilib ki, Jurnalist yazı müsabiqəsi "Konstitusiya və Suverenlik medianın gözü ilə", Uşaq rəsm müsabiqəsi isə "Konstitusiya və Suverenlik uşaqların gözü ilə" mövzularına həsr olunub.

Jurnalist yazı müsabiqəsinin tələblərinə isə bunlar aiddir:

• Müsabiqəyə ünvanlanmış müəllif yazıları ölkəmizdə çıxan hər hansı bir qəzet və ya saytda dərc olunmalıdır;

• Anket doldurulmalıdır (müəllif haqqında qısa məlumat, əlaqə telefonları), anket forması Ombudsman Aparatının internet səhifəsində müvafiq elanla bağlı xəbərin linkində paylaşılmışdır);

• Müəllifin bir ədəd 4x5 ölçüdə fotoşəkli əlavə edilməlidir.

Uşaq rəsm müsabiqəsinin tələbləri:

• Müsabiqədə 6-18 yaş arası uşaqlar iştirak edə bilərlər;

• Rəsmlər A3 formatda işlənməlidir;

• Anket doldurulmalıdır (iştirakçı uşaq haqqında qısa məlumat, əlaqə telefonları), anket forması Ombudsman Aparatının internet səhifəsində müvafiq elanla bağlı xəbərin linkində paylaşılmışdır);

• İştirakçının bir ədəd 4x5 ölçüdə fotoşəkli (rəsmlə birlikdə) təqdim edilməlidir;

• Rəsm əsəri müsabiqənin mövzusuna uyğun olmalıdır;

• Rəsm mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinal olmalıdır (və digər rəsm müsabiqələrinə təqdim edilməmiş olmalıdır).

Qeyd edilib ki, müsabiqənin mövzusuna uyğun olmayan mövzularda çəkilmiş rəsmlər nəzərə alınmayacaq. Qalib hesab edilmiş rəsmlər geri qaytarılmır. Digər iştirakçılar rəsmləri müsabiqə başa çatdıqdan sonra 10 gün ərzində geri götürə bilərlər.

Müsabiqə üçün həm jurnalist yazıları, həm da uşaq rəsmləri dekabrın 5-i saat 18:00-dək Ombudsman Aparatına (Ü.Hacıbəyli küçəsi, 80, Hökumət Evi, IV qapı) təqdim edilməlidir. Hər iki nominasiya üzrə qaliblər mükafatlandırılacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}