Göygölün yeni icra başçısı kollektivə təqdim olunub


Azərbaycan Prezidentinin Sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Vüqar Novruzov bu gün rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Şəffaflıq.az xəbər verir ki, təqdimatı Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev edib.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

V.Novruzov ona göstərilən etimada görə minnətdarlıq edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}