Rəşad Nəbiyev Beyləqanda vətəndaşları qəbul edib
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beyləqan şəhərində İmişli, Saatlı, Sabirabad, Xocavənd və Beyləqan rayonlarının sakinləri ilə görüşüb. Şəffaflıq.az xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsində hesabında bildirib. "Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib", - R.Nəbiyev qeyd edib.
Xəbəri paylaş
Facebook-da paylaş








