Pentaqon Avropaya B-52H strateji bombardmançı təyyarələri göndərib


ABŞ-nin bir qrup "B-52H Stratotanker" strateji bombardmançı təyyarəsi Finlandiya, Litva, İsveç və digər müttəfiqlər, tərəfdaşlarla çoxtərəfli təlimlər keçirmək üçün İspaniyadakı Moron hava bazasına gəlib.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə ABŞ-nin Hərbi Hava Qüvvələrinin Avropadakı Komandanlığı xəbər yayıb.

Bir gün əvvəl Luiziana ştatının Barksdeyl Hava Qüvvələri bazasından havaya qalxan Amerikanın üç B-52H bombardmançı təyyarəsi İspaniyaya gəlib.

Hərbçilər bildiriblər ki, bu cür çoxtərəfli təlimlərin bir hissəsi olaraq qüvvələrin və vasitələrin yerləşdirilməsi ABŞ Hərbi Hava Qüvvələrinin strateji bombardmançı ekipajlarına yaranan təhdidlərə sürətli reaksiya vermək üçün taktikalarını təkmilləşdirməyə və NATO-nun şərq cinahında, uzaq şimalda etibarlı maneə yaratmağa imkan verir.

Bombardmançı ekipajlar əməliyyatlar meydanında yüksək dərəcədə təhdidlərlə mürəkkəb hava məkanında hərəkətləri təqlid edən bir sıra təlim uçuşları həyata keçirəcəklər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}