Türkiyə Bakıda Zəfər paradında şəxsi heyət və 6 ədəd F-16 ilə təmsil olunacaq


Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 Bakıda noyabrın 8-də baş tutacaq Zəfər paradında döyüş uçuşu edəcək.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk mətbuat konfransında deyib.

"8 noyabrda Türkiyə Prezident Qvardiyasının Mərasim Birliyi tərəfindən rəsmi yürüş keçiriləcək və Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 qırıcısı ilə döyüş uçuşu nümayişi təşkil olunacaq", - o bildirib.

Z.Aktürk qeyd edib ki, noyabrın 7-də isə Mehtər Birliyinin orkestri ilə Gəncə Dövlət Filarmoniyası orkestrinin birgə konsert proqramı olacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}