Astana Azərbaycan Prezidentinin səfərinə hazırlaşır
Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Prezidenti İlham Əliyevin səfərinə hazırlıq görülür. Şəffaflıq.az-ın məlumatına görə, "Akorda"nın mətbuat xidməti tərəfindən dərc edilən videoda görünür ki, axşam saatlarında Azərbaycanın üçrəngli bayrağı ilə işıqlandırılmış LED ekranlar Astananın mərkəzi prospektlərini bəzəyib. Daha əvvəl qeyd olunmuşdu ki, Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan lideri Kasım-Jomart Tokayevin dəvəti ilə 20-21 oktyabr tarixlərində bu ölkəyə dövlət səfəri edəcək.
Xəbəri paylaş
Facebook-da paylaş
