Çin Yerin müşahidəsi texnologiyalarının sınağı üçün orbitə iki peyk çıxarıb


Çin Yerin müşahidəsi üçün texnologiyaların sınağı məqsədi ilə iki "Şiyan-30" peykini uğurla orbitə çıxarıb.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası xəbər yayıb.

Məlumata görə, start 29 sentyabr tarixində Pekin vaxtı ilə saat 11:00-da Siçuan kosmodromunda həyata keçirilib. Buraxılış "CZ-2D" raketi ilə həyata keçirilib - "Çancen" seriyalı daşıyıcılar üçün bu 598-ci missiya olub.

"CZ-2D" diametri 3,35 m olan ikipilləli maye yanacaqlı raketdir. Uzunluğu 40,7 metrə çatan raket aşağı yerətrafı orbitə 3,5 tona qədər, Günəş-sinxron orbitə (700 km hündürlük) isə 1,3 ton faydalı yük çıxara bilir. Çin bu raketi 100-cü dəfə (2025-ci ildə 6-cı dəfə) buraxıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}