Anar Əliyev Bərdədə vətəndaşları qəbul edib


Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bərdə rayonunda Bərdə və Tərtər rayonlarının sakinlərini qəbul edib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}