Seyidbəyli kəndinə ilkin mərhələdə 31 nəfərdən ibarət 9 ailə köçüb


Xocalı rayonunun Seyidbəyli kəndinə kəndinə ilkin mərhələdə 31 nəfərdən ibarət 9 ailə köçüb.

Bunu "Report"un bölgəyə ezam edilmiş əməkdaşına açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı Prezidentin izi ilə Xocalıya təşkil olunan mediatur çərçivəsində deyib.

Onun sözlərinə görə, Seyidbəyli kəndində quruculuq işləri sürətlə davam etdirilir:

"Kənddəki 140 evdən 10-u artıq bərpa edilib. Bu ilin sonunadək 44, 2026-cı ildə isə daha 64 ev istismara hazır olacaq. Kəndin bərpası zamanı əhalinin yaşayışı üçün vacib sayılan bütün infrastruktur layihələr həyata keçirilir. Kənddə daxili yollar asfaltlanıb, içməli su şəbəkəsi yenidən qurulub, həmçinin su anbarı, subartezian quyusu bərpa edilib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}