ABŞ səfirliyinin müşaviri AZAL təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib


ABŞ-nin Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Eşli Tauers "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə səfirliyin feysbuk hesabında yazılıb.

Bildirilib ki, ABŞ biznes nümayəndə heyətinin Orta Dəhliz regionuna səfərinin Qazaxıstan mərhələsi yekunlaşıb:

"Aktaudan yola düşməzdən əvvəl ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov və ABŞ-nin Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Eşli Tauers AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğradığı yeri ziyarət etdilər. Biz orada bu faciədə həlak olan mülki şəxslərin əziz xatirəsini ehtiramla yad etdik".

Vurğulanıb ki, təyyarərə qalıqları hələ də ərazidə səpələnmiş halda qalır: "Bu mənzərə itirilmiş həyatların kədərli bir xatırladıcısıdır".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}