Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnam Sosialist Respublikasının Hərbi Dəniz Qüvvələri Komandanlığının (HDQ) qərargahında olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, müdafiə naziri Vyetnam HDQ komandanı vitse-admiral Tran Thanh Nghiem ilə görüşüb. Görüş zamanı hər iki ölkənin HDQ-ləri arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Sonda general-polkovnik Z.Həsənov HDQ briqadasını və "Ha Long" buxtasını ziyarət edib, burada yaradılan şəraitlə tanış olub. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
